Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığması dünən hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununa çıxıb.
İdmanxeber.az xəbər verir ki, millimiz San Marino ilə üz-üzə gəlib. Macarıstandakı “Haladaş” stadionunda keçirilən görüş yığmamızın qələbəsilə başa çatıb – 2:1.

