“Barselona” rəhbərliyi hücumçu Ferran Torresin müqaviləsini uzatmaq niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, kataloniyalılar futbolçu ilə danışıqlara gözləniləndən daha tez başlamaq qərarı veriblər. Klub 26 yaşlı oyunçuya daha 3 və ya 4 illik yeni müqavilə təklif etməyə hazırdır.
Ferran Torresin də komandada qalmaq istədiyi bildirilir. Tərəflər arasında razılığın əldə olunmasının çətin olmayacağı vurğulanır.
Rəhbərlik onu gələcək layihənin vacib üzvlərindən biri hesab edir.

