12 İyun 2026
Dünya futbolu

Fransalı müdafiəçi Madrid klubu ilə müqavilə imzaladı

“Real” müdafiə xəttini də gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, Fransa millisinin üzvü İbrahima Konate ilə 2030-cu ilin yayına qədər müqavilə imzalandığı bildirilir. “Liverpul”dan ayrılan futbolçunun artıq tibbi müayinədən uğurla keçdiyi qeyd olunur.

Madrid klubu müdafiədə uzunmüddətli sabitlik yaratmaq istəyir. Konate yeni mövsümdə əsas heyət uğrunda ciddi rəqabət aparacaq. Klub rəhbərliyi bu transferi yay kampaniyasının prioritetlərindən biri hesab edib.

Rəsmi təqdimatın yaxın günlərdə keçirilməsi gözlənilir


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43