12 İyun 2026
Dünya futbolu

“Real” Silva ilə anlaşdı

“Mançester Siti”nin təcrübəli yarımmüdafiəçisi Bernardo Silva karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı futbolçu “Real”la prinsipial razılıq əldə edib. Tərəflər arasında müqavilənin 2028-ci ilin yayına qədər nəzərdə tutulduğu bildirilir.

“Kral klubu” yeni mövsüm öncəsi yarımmüdafiə xəttini gücləndirməyə çalışır və Silva əsas hədəflərdən biri hesab olunur. Futbolçunun özü də yeni çağırışa müsbət yanaşır.

Transferin yaxın həftələrdə rəsmiləşəcəyi gözlənilir. Bu keçid baş tutarsa, yayın ən diqqətçəkən transferlərindən biri olacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43