Azərbaycanlı futbolçu Murad Məmmədovun karyerasını Kiprdə davam etdirəcəyindən xəbərdarsınız.
U-21 millimizin üzvü sözügedən ölkənin “Pafos” klubu ilə razılığa gəlib.
İdmanxeber.az-ın məlumatına görə, Məmmədovyn yeni komandasındakı forma nömrəsi də bəlli olub. O, 47 nömrəli idman geyimində çıxış edəcək.
Gənc futbolçu bu seçimi özü edib. Rəhbərlik isə onun bu istəyini geri çevirməyib.
Xatırladaq ki, tərəflər arasında 3+1 illik müqavilə bağlanıb.

