“Bavariya” “Arsenal”ın cinah oyunçusu Qabriel Martinellini izləyir.
İdmanxeber.az-ın məlumatına görə, Almaniya nəhəngi braziliyalını əsas yox, alternativ variant kimi nəzərdən keçirir. Bu amil futbolçunun qərarına təsir edə bilər. Münhen klubu hücum xəttini genişləndirmək istəyir.
Martinellinin müqaviləsi davam etsə də, yaxşı təklif vəziyyəti dəyişə bilər. “Arsenal” isə futbolçunu satmağa həvəsli görünmür.
Transfer bazarında vəziyyət izlənilir.

