10 İyun 2026
Dünya futbolu

“İnter” erməni futbolçu ilə müqavilə uzadır

“İnter” yarımmüdafiəçisi Henrix Mxitaryanla müqaviləni uzatmağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, 37 yaşlı futbolçu yeni sözləşmə ilə bağlı danışıqları agentsiz aparıb və maaşının azaldılmasına da razılıq verib. Baş məşqçi Kristian Kivu erməni oyunçunun komandada qalmasını istəyir.

Klub rəhbərliyi Mxitaryanın təcrübəsini və liderlik keyfiyyətlərini yüksək qiymətləndirir.

O, ötən mövsüm bütün turnirlərdə 39 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43