“Mançester Yunayted” müdafiə xəttini gücləndirmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, klub “Tottenhem”in müdafiəçisi Kristian Romero ilə maraqlanır. Argentinalı futbolçu uzun müddətdir “qırmızı şeytanlar”ın izləmə siyahısındadır.
Klubun yaxın vaxtlarda rəsmi danışıqlara başlayacağı gözlənilir. “Tottenhem” isə əsas müdafiəçilərindən birini itirmək istəmir. Buna görə transferin asan baş tutmayacağı vurğulanır.
Buna baxmayaraq, “Mançester Yunayted” israrını davam etdirir.

