Azərbaycan millisinin heyətində zədələnən Xəyal Əliyevin durumuna aydınlıq gəlib.
İdmanxeber.az-a verilən məlumata görə, futbolçunun ayağında yırtıq aşkarlanıb. Hazırda İspaniyada müalicəsi davam edən oyunçunun 2-3 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir.
Xəyal Əliyev “Sabah”la Çempionlar Liqası matçlarında iştirak edə bilməyəcək.
Xatırladaq ki, Çempionlar Liqasında I təsnifat mərhələsində ilk oyunlar 7-8 iyul, cavab matçları isə 14-15 iyul 2026-cı il tarixlərində baş tutacaq.

