U-20 millimizin üzvü Nadir Orucov İdmanxeber.az saytına verdiyi müsahibədə Qəbələ toplanışını dəyərləndirib.
– Təlim-məşq toplanışını və Pakistan millisi ilə oyunu necə dəyərləndirirsən?
Toplanış çox yaxşı keçdi. Komandamızda yeni futbolçular var idi. Bura mən də daxiləm. Məşqlərdə daha çox epizodlara girirdik, müxtəlif gedişlər edirdik. Oyunda bunları reallaşdıra bilmədik. Amma müəyyən şeylər etməyi bacardıq. Rəqibin zəif olduğu bəllidir, biz çox üstün idik.
– Dünya çempionatında şanslarımız necədir? Hədəf nədi
Mundiala yaxşı hazırlaşmalıyıq. Yaxşı hazırlıq planımız, hər ay beynəlxalq turnirlərimiz var. Ümid edirəm ki, dünya çempionatına tam hazır olarıq.
– Premyer Liqada ən çox forma şansı qazanan futbolçu sənsən. Məşqlərdə digər oyunçuların oyun praktikasının azlığından əziyyət çəkdiyi bəlli olurdu?
Doğrudur. Rəqib daha güclü komanda olsaydı, fərq görünəcəkdi.
– Gənclərin kənarda qalmasının səbəbi nədir?
Məncə, şans verilmir. Orada gənclərə çox şans verilir. Digər klublarda isə bizim kimi futbolçuları yalnız Premyer Liqanın son oyunlarında meydana buraxırlar. Sanki öz gənclərinə güvənmirlər.
– Digər klublardan təklif almısan?
– “Sumqayıt”la müqaviləm var. Hansısa təklif barədə fikrim yoxdur.
– Digər toplanışlarda komandaya Lorenzo Mezzotero və Mustafa Kamara qoşulacaq. Onların siza nə dərəcədə faydası dəyə bilər?
Lorenzo İtaliyada oynayır. Bizə əlavə güc qata bilər, legioner həyatı yaşayır. Kamaranı isə tanımıram.

