15 İyun 2026
Dünya futbolu

“Real” 150 verir, “Atletiko” 500 istəyir

“Real” “Atletiko”nun hücumçusu Xulian Alvaresi transfer etmək üçün rəsmi addım atıb.

İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi argentinalı futbolçu üçün 150 milyon avroluq təklif göndərib. Klub rəhbərliyi təklifi təsdiqləsə də, “Atletiko” bu məbləği kifayət hesab etməyib.

Paytaxt təmsilçisi futbolçunun müqaviləsində yer alan 500 milyon avroluq sərbəstqalma maddəsini əsas gətirərək təklifi geri çevirib. Buna baxmayaraq, “Real”ın transferdən tam imtina etmədiyi bildirilir.

İspaniya mətbuatının məlumatına görə, klub yaxın həftələrdə yeni təklif hazırlaya bilər. Alvares ötən mövsüm 20 qol vuraraq komandasının əsas simalarından biri olub


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43