15 İyun 2026
Ölkə futbolu

“Neftçi” 3 futbolçu ilə müqavilə bağlayır – 4-5 transfer gözlənilir 

“Neftçi”də yeni mövsümün hazırlıqları çərçivəsində heyətlə bağlı işlər davam edir.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin düşərgəsində olan komandanın kapitanı Emin Mahmudov və vEmil Balayevin müqavilələrinin müddəti başa çatıb. Hər iki futbolçunun yaxın günlərdə klubla yeni müqavilə imzalayacağı gözlənilir.

Bildirilir ki, həm Emin Mahmudov, həm də Emil Balayevlə 1+1 illik müqavilə bağlanması ehtimalı yüksəkdir. Təcrübəli futbolçuların karyeralarını da əsasən “Neftçi”də başa vuracaqları qeyd olunur.

Müqaviləsi başa çatan digər futbolçulardan biri isə Elvin Camalovdur. Təcrübəli yarımmüdafiəçi daha əvvəl verdiyi açıqlamalarda “Neftçi”də qalmaq istədiyini bildirib. Klubun da onunla əməkdaşlığı davam etdirməkdə maraqlı olduğu vurğulanır.

Qeyd edək ki, “Neftçi” hazırda yerli futbolçularla bağlı transfer və müqavilə məsələlərini yekunlaşdırmağa çalışır. Bundan sonra Bakı təmsilçisinin heyətini minimum 4-5 əcnəbi futbolçu ilə gücləndirməsi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43