“Qarabağ” və Azərbaycan millisinin üzvü Elvin Cəfərquliyev daha bir klubun maraq dairəsinə düşüb.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, müdafiəçi Bundesliqa təmsilçisi “Ausburq”un diqqətindədi. Almaniya klubu oyunçu ilə ciddi şəkildə maraqlanır.
Hətta klub nümayəndələri millimizin Avstriya toplanışı çərçivəsində Macarıstanda keçirilən Malta görüşünü stadiondan izləyib. Onlar futbolçunun performansını yerində izləyib rəhbərliyi raport hazırlayıblar.
Hələlik Bundesliqa təmsilçisi futbolçu üçün “Qarabağ”a rəsmi təklif göndərməyib. Ancaq bu yaxınlarda Elvinin karyerası ilə bağlı yenilik olması gözlənilir.
Həsən Quluzadə

