12 İyun 2026
Dünya futbolu

Fransalı hücumçu MLS yolunda

Fransalı hücumçu Allan Sen-Maksimen karyerasını ABŞ-da davam etdirməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, MLS təmsilçisi “Şarlott” futbolçu ilə razılıq əldə edib. O, kluba azad agent statusunda qoşulacaq. Tərəflər arasında son detalların həll olunduğu bildirilir.

Transferin yaxın günlərdə rəsmən açıqlanması gözlənilir. Sen-Maksimenin Avropadan da təklifləri olsa da, MLS variantına üstünlük verdiyi vurğulanır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43