12 İyun 2026
Dünya futbolu

“İnter”in müdafiəçisi “Bavariya”ya keçir

“İnter”in müdafiəçisi Yann Bissek karyerasını Almaniyada davam etdirmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, alman futbolçunun “Bavariya”ya keçidə müsbət yanaşdığı bildirilir. Mənbənin məlumatına görə, 24 yaşlı mərkəz müdafiəçisi Münhen klubunu əsas seçim hesab edir.

Bununla belə, “Bavariya”nın müdafiə xəttində böyük rəqabət olduğundan transfer hələlik sual altındadır. Klub rəhbərliyi əvvəlcə bəzi futbolçuların gələcəyi ilə bağlı qərar verməlidir.

Bissekin bazar dəyərinin təxminən 40 milyon avro olduğu qeyd olunur. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43