12 İyun 2026
Dünya futbolu

Liverpul klubu ingiltərəli futbolçuda israr edir

“Everton”un Cek Qrilişi heyətinə qatmaq istəyi davam edir.

İdmanxeber.az-ın məlumatına görə, Liverpul təmsilçisi futbolçunun transferi üçün müxtəlif variantlar üzərində işləyir. Klub rəhbərliyi keçidi birdəfəlik transfer və ya icarə əsasında reallaşdırmağa çalışır.

Qrilişin gələcəyi ilə bağlı yekun qərarın yaxın günlərdə veriləcəyi gözlənilir. “Mançester Siti” də futbolçunun taleyi ilə bağlı bütün təklifləri nəzərdən keçirir.

Tərəflər arasında danışıqların aktiv mərhələdə olduğu bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43