“Çelsi” yarımmüdafiəçi Enso Fernandeslə bağlı mümkün təklifləri dəyərləndirməyə hazırdır.
İdmanxeber.az-ın məlumatına görə, “Real” argentinalı futbolçu ilə maraqlanır. London təmsilçisi yalnız yüksək məbləğ qarşılığında ayrılığa razı ola bilər.
Klub rəhbərliyi futbolçunu satmağa tələsməsə də, sərfəli təklif gələcəyi halda danışıqlara açıqdır. Enso Fernandes hazırda komandanın əsas oyunçularından biri sayılır.
Onun gələcəyi yay transfer bazarının əsas mövzularından biri olaraq qalır.

