12 İyun 2026
Ölkə futbolu

Onlar da “Kəpəz”ə gedir – Qurbanov, Kərəmli…

“Kəpəz”in yeni baş məşqçisinin Arif Əsədov olacağını xəbər vermişdik. Artıq təcrübəli mütəxəssisin köməkçiləri də bəllidir.

İdmanxeber.az-a verilən məlumata görə, Mahmud Qurbanov və Elgiz Kərəmli Əsədova yardımcılıq edəcək. Klub rəhbərliyi iki mütəxəssislə də anlaşıb.

Onlar yaxın vaxtda rəsmən açıqlanacaq.

Xatırladaq ki, Elgiz Kərəmli son olaraq “Şəfa”nın, Mahmud Qurbanov isə “Səbail”in baş məşqçisi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43