“Arsenal” “Atletik”in vingeri Niko Uilyamsı transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi artıq futbolçunun vəziyyətini yaxından izləyir və yayda rəsmi təklif göndərməyə hazırlaşır.
Lakin ispaniyalı oyunçuya təkcə “Arsenal” yox, “Liverpul”, “Mançester Siti” və “Mançester Yunayted” də maraq göstərir.
23 yaşlı futbolçu son mövsümdəki uğurlu çıxışı ilə Avropanın aparıcı klublarının diqqətini cəlb edib. “Atletik” isə onu ucuz qiymətə buraxmaq niyyətində deyil.
Buna görə də transfer uğrunda ciddi rəqabət gözlənilir. Uilyamsın gələcəyi yay bazarının ən çox müzakirə olunan mövzularından biridir.

