Joze Mourinyo ilk transfer hədəflərini müəyyənləşdirib.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis “Arsenal”ın müdafiəçisi Rikkardo Kalafiorini komandasında görmək istəyir. Mourinyo futbolçunu hələ “Roma”da çalışdığı dövrdən yaxşı tanıyır.
Madrid klubu yaxın günlərdə rəsmi addım ata bilər. Kalafiori isə hazırda London klubunun əsas oyunçularından biridir. Transferin dəyərinin yüksək olacağı gözlənilir.
Tərəflər arasında ilkin təmasların olduğu bildirilir.

