“Çelsi” “Strasburq”un müdafiəçisi Valentin Barkonu heyətinə qatmağa yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, argentinalı futbolçu London klubuna keçməyə razılıq verib. Tərəflər arasında prinsipial anlaşmanın əldə olunduğu bildirilir. Transferin reallaşmasını asanlaşdıran amillərdən biri də hər iki klubun eyni sahibkar qrupu tərəfindən idarə olunmasıdır.
Buna görə də klub rəhbərləri arasında ciddi problem gözlənilmir. Barkonun yaxın günlərdə tibbi müayinədən keçəcəyi ehtimal olunur.
Rəsmi açıqlamanın isə yay transfer pəncərəsinin ilk günlərində veriləcəyi gözlənilir.

