“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva yenidən “Barselona”ya təklif olunub.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı futbolçunun adı Kataloniya klubuna təqdim edilsə də, rəhbərlik bu keçidə maraq göstərməyib.
Bildirilir ki, “Barselona” yay transfer dövründə digər mövqelərə üstünlük verir və Bernardo Silva hazırda klubun prioritetləri sırasında yer almır.
Buna görə də təcrübəli futbolçunun Kataloniyaya transfer ehtimalı xeyli azalıb.

