10 İyun 2026
Dünya futbolu

“Yuventus” hücumçusu ilə yolları ayırır – Premyer Liqaya doğru

“Yuventus”un hücumçusu Duşan Vlahoviç yay transfer bazarının diqqət mərkəzindədir.

İdmanxeber.az-ın məlumatına görə, serbiyalı futbolçunun Turin klubundan ayrılacağı gözlənilir. İngiltərə mətbuatında onun adı ən çox “Çelsi” ilə hallandırılır. Bununla belə, son məlumatlara görə, Türkiyə variantı daha real görünür.

Oyunçunun nümayəndələri bir neçə klubla danışıqlar aparır. “Yuventus” da transferdən gəlir əldə etməyə çalışır.

Vlahoviçin gələcəyinə yaxın günlərdə aydınlıq gələcəyi bildirilir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43