“Barselona” növbəti mövsüm üçün heyət planlamasını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu “Bavariya”nın gənc yarımmüdafiəçisi Lennart Karlı izləyir. 18 yaşlı futbolçu Almaniyada böyük perspektiv vəd edən oyunçulardan hesab olunur.
Hazırda zədə səbəbindən yaşıl meydanlardan uzaq qalsa da, “Barselona” marağını itirməyib. Klub rəhbərliyi onun vəziyyətini yaxından izləyir.
Futbolçunun gələcəyi ilə bağlı qərarın dünya çempionatından sonra veriləcəyi gözlənilir. Karlın transfer dəyərinin yaxın illərdə daha da artacağı proqnozlaşdırılır.

