“Liverpul” yarımmüdafiəçisi Körtis Consla bağlı vacib qərar verməyə hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, mersisaydlılar futbolçu üçün gələcək təklifləri dəyərləndirəcək. Klub rəhbərliyi oyunçunu saxlamaq istəsə də, müqavilə vəziyyəti vəziyyəti çətinləşdirir. İddialara görə, “İnter” Consun xidmətində maraqlıdır.
“Liverpul” təxminən 35 milyon funt sterlinqlik təklifə razılıq verə bilər. Yeni baş məşqçi Andoni İraolanın da futbolçunun gələcəyi ilə bağlı yekun söz sahibi olacağı bildirilir.
Transfer məsələsinin yaxın həftələrdə aydınlaşacağı gözlənilir.

