10 İyun 2026
Dünya futbolu

Portuqaliyalı üçün yarış davam edir

“Mançester Siti”dən ayrılacağı gözlənilən Bernardo Silva Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşüb.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı futbolçu ilə “Yuventus” yaxından maraqlanır. Turin təmsilçisinin artıq oyunçunun meneceri ilə ilkin təmas qurduğu bildirilir.

İtaliya klubu yarımmüdafiəçiyə uzunmüddətli müqavilə təklif etməyə hazırdır. Eyni zamanda “Barselona” və “Real” da vəziyyəti izləyir.

Futbolçunun yekun qərarı dünya çempionatından sonra verməsi gözlənilir. Bernardo Silvanın transfer bazarının ən diqqətçəkən adlarından biri olacağı bildirilir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43