12 İyun 2026
Ölkə futbolu

“Neftçi”dən ayrılacağı deyilən Camalovun aqibəti bəlli olur – İddialar doğru deyil

“Neftçi”nin futbolçusu Elvin Camalov barədə yayılan xəbərlər doğru deyil.

İdmanxeber.az-a verilən məlumata görə, oyunçunun “Araz Naxçıvan”la anlaşdığı iddia edilsə də, bunlar həqiqəti əks etdirmir. O, hazırda heç bir klubla anlaşmayıb. 

Camalovun istəyi “Neftçi”də qalmaqdır. O, növbəti mövsüm də “ağ-qaralar”da oynamaq niyyətindədir. Klub rəhbərliyi ilə danışıqları davam etdirən təcrübəli yarımmüdafiəçi böyük ehtimalla “Neftçi”də qalacaq.

Xatırladaq ki, futbolçunun paytaxt təmsilçisi ilə sözləşməsi yayda başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43