“Müqavilə imzaladıqdan sonra seleksiya işlərinə başlamışıq. Klub rəhbərliyi Premyer Liqaya yüksəlmək üçün hər cür dəstəyi göstərəcək. Hədəf Premyer Liqadır. Günümüz klubun ofisində keçir. Çalışırıq ki, gənc perspektivli futbolçular seçək ki, növbəti mövsüm də bizimlə bərabər olsunlar. Bununla yanaşı təcrübəli futbolçu seçimlərimiz də var. Qarşıdakı günlərdə ictimaiyyətə açıqlanacaq.
Qusarlı azarkeşlərin dəstəyinə ehtiyacımız var. Yaxın günlərdə onlarla görüş təşkil etməyi pıanlaşdırırıq”.
İdmanxeber.az-ın məlumatına görə, bu açıqlama “Şahdağ Qusar” klubunun yeni baş məşqçisi Fizuli Məmmədova məxsusdur. Tanınmış mütəxəssis “Footcast TV”də yayımlanan “Deməsən olmur” verilişinə qonaq olarkən yeni kluba baş məşqçi təyin edilməsi prosesindən danışıb, bir çox maraqlı məqamlara toxunub.
Ötən mövsüm Premyer Liqada çalışdırdığı “Karvan Yevlax” klubundan ayrılıq səbəblərinə də danışan mütəxəssis bir sıra vacib məqamlara toxunub.
Premyer Liqada son mövsümün də müzakirə olunduğu verilişdə Fizuli Məmmədov “Sabah”ın çempionluğundan bəhs edərkən “Qarabağ”ın avrokuboklarda uğurlu çıxışından ağızdolusu danışıb ağdamlıların baş məşqçisi Qurban Qurbanovun ölkə futbolunun reytinqi üçün gördüyü işlərdən bəhs edib.
Verilişi aşağıdakı linkdən izləyə bilərsiniz:

