17 İyun 2026
Ölkə futbolu

“Kəpəz”in yeni rəhbərliyi açıqlanır – Hədəflər müəyyənləşir

“Kəpəz”in yeni rəhbərliyi iş başına keçməyə hazırlaşır.

İdmanxeber.az-a verilən məlumata görə, artıq bütün işlər tamamlanıb. Yeni rəhbərlik bu həftə vəzifəsinin icrasına başlayacaq.

Klub idarəediciləri yaxın günlərdə Gəncəyə yollanacaq və komanda ilə görüş keçirəcək. Onlara klubun növbəti mövsüm üçün hədəfləri, gələcək planları izah ediləcək.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43