İngiltərə mətbuatında yayılan xəbərlərə görə, Liverpool keçmiş hücumçusu Darvin Nunyesi geri qaytarmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, uruqvaylı forvard hazırda Səudiyyə Ərəbistanında çıxış edir. Bildirilir ki, futbolçunun gələcəyi ilə bağlı qərar dünya çempionatından sonra veriləcək.
Nunyeslə “Nyukasl” və “Çelsi” maraqlanır. Transfer baş tutarsa, yay pəncərəsinin ən səs-küylü keçidlərindən biri olacaq.

