16 İyun 2026
Dünya futbolu

“Mançester Siti” Brantueyti izləyir

“Mançester Siti” müdafiə xəttini gücləndirmək üçün “Everton”un futbolçusu Cerrad Brantueyti gündəminə alıb.

İdmanxeber.az-ın məlumatına görə, İngiltərə millisinin üzvü Con Stounsun mümkün gedişi fonunda yeni variant axtarılır. Futbolçu transfer siyahısında ön sıralardadır.

“Everton” isə aparıcı futbolçusunu asanlıqla buraxmaq niyyətində deyil. 22 yaşlı müdafiəçi son mövsümlərdə Premyer Liqanın ən sabit çıxış edən müdafiəçilərindən biri kimi göstərilir.

Onunla bağlı digər klubların da maraqlandığı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43