16 İyun 2026
Ölkə futbolu

Azərbaycanlı futbolçular Albaniyaya yollanır – Müqavilə bağlamaq üçün 

Azərbaycanlı gənc futbolçular karyerasını Albaniyada davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, söhbət ötən mövsümü “Difai”də keçirən Kamil Sadıqov (19) və “Neftçi”nin futbolçusu Elnur Abdulayyevdən (18) gedir. Adıçəkilən oyunçular Albaniyanın “Besa” klubu ilə anlaşıb.

Sadıov “Qarabağ”ın, Abdullayev isə “Neftçi”nin yetirməsidir. Azərbaycanlı futbolçular növbəti mövsüm I Liqa təmsilçisində mübarizə aparacaq. 

Xatırladaq ki, “Besa” ötən mövsümü çempionantda 5-ci pillədə bitirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43