Azərbaycan I Liqasında çıxış edən “Səbail” klubu yeni sponsor tapıb.
“Şahdağ Qusar”a sponsorluq edən şirkət bundan sonra “dənizçilər”ə himayədarlıq edəcək. Artıq tərəflər arasında razılıq əldə olunub.
Komandanın növbəti mövsüm üçün hədəfləri də müəyyən edilib. Yeni rəhbərlik kluba kifayət qədər ciddi vəsait ayıracaq.
Əldə etdiyimiz məlumata görə, “Səbail”in növbəti mövsüm 1,5 – 2 milyon manat büdcəsi olacaq. Komandanın hədəfi çempion olub, Premyer Liqaya yüsəlməkdir.
Bu səbəbdən də heyətə güclü və təcrübəli futbolçular cəlb ediləcək. Rəhbərlik ən qısa vaxtda güclü heyət formalaşdırmaq niyyətindədir.
Xatırladaq ki, “Kəpəz”in İdarə Heyətinin sabiq sədri İlqar Nadiri “Səbail”ə idarəçi kimi qoşulacaq.
İdmanxeber.az

