“Kəpəz” baş məşqçi axtarışlarını davam etdirir.
İdmanxeber.az-a verilən məlumata görə, Gəncə təmsilçisi bir müddətdir Sənan Qurbanovla danışıq aparırdı. Ancaq tərəflər razılığa gələ bilməyib.
Təcrübəli mütəxəssis “sarı-göylər”lə anlaşmayıb. Buna səbəb maaş və klubun büdcəsinin azlığı olub.
“Kəpəz “rəhbərliyinin təklifi Sənan Qurbanovu da razı salmayıb.
Xatırladaq ki, daha öncə Arif Əsədov da eyni səbəbdən Gəncə klubunu çalışdırmaqdan imtina etmişdi.
Qurbanov hazırda “Neftçi” akademiyasında çalışır. O, daha öncə “Qəbələ” və “Keşlə” (“Şamaxı”) klublarını çalışdırıb.

