“Qarabağ”ın heyətini yeni futbolçu ilə gücləndiridiyini xəbər vermişdik. Ağdam klubu mozambikli sol cinah müdafiəçisi Bruno Lanqa ilə anlaşıb. Tərəflər arasında davam edən danışıqlar müsbət nəticələnib.
İdmanxeber.az-a verilən məlumata görə, 28 yaşlı oyunçu artıq Bakıdadır. Transferin rəsmiləşməsi üçün bütün sənədlər tamamlanıb. Futbolçu tibbi baxışdan keçdikdən sonra onunla müqavilə imzalanacaq.
Müqavilə ilə İspaniyanın “Almeriya” klubuna məxsus olan müdafiəçi ötən mövsümü icarə əsasındaPortuqaliyanın “Eştrela” klubunda keçirib. O, komandası ilə 11 oyunda çıxış edib.
Bruno Lanqa Mozambik millisində 37 oyunda forma geyinib və 1 qol vurub. Nüfuzlu “transfermarkt” saytı oyunçunun bazar dəyərini 1 milyon avro kimi göstərir.

