“Arsenal”ın PSJ-nin cinah oyunçusu Bredli Barkolanı transfer etmək istədiyi bildirilir.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu 23 yaşlı futbolçunu yay transfer pəncərəsinin əsas hədəflərindən biri hesab edir. London təmsilçisi yaxın günlərdə rəsmi təklif hazırlaya bilər.
Barkola son mövsümdə Fransa klubunun heyətində məhsuldar çıxışı ilə diqqət çəkib. Futbolçunun gələcəyi ilə bağlı yekun qərarın dünya çempionatından sonra veriləcəyi gözlənilir.

