“Çelsi”nin yarımmüdafiəçisi Enso Fernandesin gələcəyi ilə bağlı yeni iddia ortaya atılıb.
İdmanxeber.az-ın məlumatına görə, argentinalı futbolçu “Real”lə şəxsi şərtlərdə razılıq əldə edib. Madrid klubu yaxın günlərdə rəsmi təklif göndərə bilər.
Transferin baş tutması üçün 120 milyon funtdan çox məbləğ tələb olunur.
Fernandes hazırda dünya çempionatında Argentina millisinin heyətində çıxış edir.

