18 İyun 2026
Dünya futbolu

“Atletiko” satmır, “Barselona” israr edir 

“Barselona”nın “Atletiko”nun hücumçusu Xulian Alvaresi transfer etmək niyyətində olduğu bildirilir.

İdmanxeber.az-ın məlumatına görə, İspaniya klubunun argentinalı forvard üçün 135 milyon avroluq təklif hazırladığı iddia edilir. Mənbələrə görə, bonuslarla birlikdə məbləğ 150 milyon avroya çata bilər.

Buna baxmayaraq, Madrid təmsilçisi futbolçunu satmaq niyyətində olmadığını açıqlayıb.

Alvaresin gələcəyi yay transfer bazarının əsas mövzularından biri hesab olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43