17 İyun 2026
Dünya futbolu

“Arsenal” bu hücumçunu istəyir – Gyökeres və 50 milyon

“Arsenal”ın “Atletiko”nun hücumçusu Xulian Alvaresi heyətinə qatmaq istədiyi iddia olunur.

İdmanxeber.az-ın məlumatına görə, London klubu transfer üçün 50 milyon avro və Viktor Gyökeresi təklif etməyə hazırdır. Madrid təmsilçisi isə argentinalı futbolçunu satmaq niyyətində deyil.

Buna baxmayaraq, “Arsenal” rəhbərliyi danışıqları davam etdirmək əzmindədir. Alvaresin adı son günlər bir neçə Avropa nəhəngi ilə hallanır.

Transfer bazarının ən maraqlı mövzularından birinə çevrilən bu məsələnin yaxın zamanda dəqiqləşəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43