UEFA Avropa Liqasında 2026/2027 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
İdmanxeber.az xəbər verir ki, bu gün UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbirdə “Qarabağ”ın da rəqibi müəyyənləşib. Ağdam klubu bu turda “Vestri” (İslandiya) ilə üz-üzə gələcək. Klubumuz ilk matçı evdə oynayacaq.
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.

