16 İyun 2026
Dünya futbolu

Çempionlar Liqası: “Sabah”ın rəqibi bəlli oldu – YENİLƏNİB

UEFA Çempionlar Liqası I təsnifat mərhələsində “Sabah”ın rəqibi bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan çempion bu turda TNS-lə  (Uels) üz-üzə gələcək. Komandamız ilk görüşünü doğma meydanda keçirəcək.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43