Bu gün “Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibləri məlum olub.
İdmanxeber.az xəbər verir ki, “qartallar” 1-ci turda “Torpedo” (Gürcüstan) ilə üz-üzə gələcək. Komandamız ilk oyununu Bakıda keçirəcək.
Xatırladaq ki, UEFA Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-da və 16-da baş tutacaq.
Qeyd edək ki, Azərbaycanın Konfrans Liqasında digər təmsilçisi – yarışa ikinci mərhələdən başlayacaq “Neftçi”nin rəqibi isə iyunun 17-də
müəyyənləşəcək.

