16 İyun 2026
Kateqoriyasız Ölkə futbolu Premyer Liqa

“Kəpəz”də qarışıq günlər – Gözləntilər də var, suallar da

Gəncə futbolsevərləri üçün yay ayları həmişə ümid dövrü olub. Hər yeni mövsüm öncəsi azarkeşlər komandalarının daha güclü, daha iddialı olmasını arzulayıblar. Bu il isə gözləntilərlə yanaşı, müəyyən suallar da var.

“Kəpəz”də rəhbərlik dəyişikliyinin baş verəcəyi bildirilir. Anar Abdullayevin sədr postuna gətiriləcəyi deyilsə də, hələlik rəsmi açıqlama yoxdur. Eyni zamanda komandanın baş məşqçisinin kim olacağı da məlum deyil.

Mətbuatda müxtəlif adlar yazılsa da, onların daha sonradan “Kəpəz”in sükanı arxasına keçmək istəməmələri məlum olur. 

Gəncə ictimayətinin ən çox dəstək alan namizədlərdən biri isə Mahmud Qurbanovdur. Gəncə futbolunun yetirməsi olan təcrübəli mütəxəssis həm peşəkarlığı, həm də şəhərlə mənəvi bağlılığı ilə seçilir. Veteran futbolçuların da onun namizədliyini müsbət qarşıladığı bildirilir.

İndi isə Gəncə gözləyir. Gözləyir ki, klubun gələcəyi ilə bağlı vacib qərarlar verilsin, yeni mövsümün yol xəritəsi müəyyənləşsin və “Kəpəz” öz adına layiq şəkildə yeni futbol ilinə qədəm qoysun.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43