“Bavariya” “Mançester Yunayted”in hücumçusu Markus Reşfordla maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, Almaniya çempionunun futbolçu ilə bağlı ilkin məlumat topladığı bildirilir. Münhen təmsilçisi hücum xəttini gücləndirmək üçün bir neçə variant üzərində işləyir.
Bununla belə, Reşfordun yüksək maaşı transferin reallaşmasına mane ola bilər. İngiltərə millisinin üzvü də gələcəyi ilə bağlı yekun qərar verməyib.
Hazırda tərəflər arasında rəsmi danışıqların olmadığı qeyd edilir.

