“Roma” “Marsel”in hücumçusu Meyson Qrinvudu transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubunun futbolçu ilə şəxsi müqavilə şərtlərində razılığa gəldiyi bildirilir. Hazırda əsas problem transfer məbləği ilə bağlıdır.
Fransa təmsilçisi futbolçunu aşağı qiymətə buraxmaq istəmir. “Roma” rəhbərliyi isə yaxın günlərdə yeni təklif hazırlayır.
Qrinvudun yay transfer bazarının ən çox müzakirə olunan adlarından biri olaraq qaldığı vurğulanır.

