“Qarabağ”ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti raundda Bolqarıstanın SSKA (Sofiya) – İrlandiyanın “Derri Siti” cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunları iyulun 23 və 30-da keçiriləcək.

