“Qarabağ” Kevin Medina ilə yollarını ayırıb.
İdmanxeber.az xəbər verir kii, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub kolumbiyalı futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib.
Qeyd edək ki, “Qarabağ” Kevin Medinanı 2020-ci ilin yayında Portuqaliyanın “Şafeş” klubundan transfer etmişdi. 33 yaşlı mərkəz müdafiəçisi komandanın heyətində meydana çıxdığı 204 rəsmi matçda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

