Bu gün “Zirə”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibi məlum olub.
İdmanxeber.az-ın məlumatına görə, “Zirə” 1-ci təsnifat mərhələsində “Torpedo” (Gürcüstan) səddini aşarsa, növbəti raundda “Heqelman” (Litva) – “Payde” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.

