17 İyun 2026
Ölkə futbolu

“Sabah”ın potensial rəqibi bəlli oldu

“Sabah”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, Bakı təmsilçisi I təsnifat mərhələsində Uelsin TNS klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti raundda  “Vardar” – KUPS cütünün qalibilə üz-üzə gələcək.

Qeyd edək ki, mərhələnin ilk oyunları iyulun 17-də, cavab görüşləri isə 21-22 iyul tarixlərində baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43