19 İyun 2026
Ölkə futbolu

“Neftçi”nin potensial rəqibləri bəlli oldu – SİYAHI 

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, UEFA bu gün keçiriləcək püşkatma öncəsi iştirakçı komandaları qruplara bölərək Bakı təmsilçisinin mümkün rəqiblərinin siyahısını açıqlayıb. Bununla da “Neftçi”nin püşkdə qarşılaşa biləcəyi komandaların sayı beşə enib. 

Püşkatmanın nəticəsinə əsasən, “Neftçi” aşağıdakı rəqiblərdən biri ilə üz-üzə gələ bilər:

“Ludoqorets” (Bolqarıstan)

“Rakuv Çenstoxova” (Polşa)
“Dinamo Siti” (Albaniya) – “Astana” (Qazaxıstan) cütünün qalibi

“Apollon Limassol” (Kipr)

“Dinamo” (Belarus) – “Sileks” (Şimali Makedoniya) cütünün qalibi.

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi bu gün İsveçrənin Nyon şəhərində keçiriləcək. İlk oyunlar iyulun 23-də, cavab görüşləri isə iyulun 30-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43